- La, laaa, la, laaaa, la, laa, la söz birləşməsini mahnı kimi çoxlu de.
- Burundan nəfəs al, nəfəsi tuta bildiyin qədər tut və sonra ağızdan ver.
- Burundan nəfəs alırıq və ağzımızdan "a" hərfini çıxarırıq, birinci aşağı tonda, sonra orta, sonra isə yüksək tonda.
- Burundan nəfəs al və ağızdan nəfəsi ınnn deyərək ver (dili damağa yapışdır).
- Burundan nəfəs al və ağızdan nəfəsi tıslayaraq (tıssssssss) ver.
- Burundan nəfəs al və ağızdan nəfəsi birinci sıslayaraq (s samitini de) ver, sonra s samitini kəsik-kəsik ver (sı, sı, sı...), sonra isə s samitini 1 saniyədə ver.
- Burundan nəfəs al və ağızdan nəfəsi 1)ha ha ha... 2)hah 3)kı şəklində kəsik-kəsik ver.
- 5 saniyədə nəfəsi al, 7 saniyədə ver.
- 8 saniyədə nəfəsi al, 4 saniyə tut, 8 saniyədə ver.
- 4 saniyədə nəfəs al, 7 saniyə tut, 8 saniyə ver.
- 4 saniyə nəfəs al, 4 saniyə tut, 4 saniyə ver və 4 saniyə gözlə.
- 5 saniyə nəfəs al, 5 saniyə tut, 5 saniyə ver, 5 saniyə gözlə.
Hazırlayan: Nəzrin İsbəndiyarova